Ötən ilin ən yaxşı almaniyalı futbolçusu bəlli olub
İdman
18:37 13 yan, 2022
2020-ci ildə "Bavariya"nın qapıçısı Manuel Noyer ən yaxşı oyunçu adına sahib çıxıb
2021-ci ilin ən yaxşı almaniyalı futbolçusu bəlli olub.
Qazet.az xəbər verir ki, Almaniya yığmasının və "Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix bu ada layiq görülüb.
27 yaşlı yarımmüdafiəçi azarkeşlər arasındakı sorğuda 33,8 faizlə birinci olub. İngiltərənin "Çelsi" klubundan Kay Haverts (22,7 faiz) ikinci olubsa, "Bavariya"dan Leroy Sane (13,6 faiz) "üçlüy"ü tamamlayıb.
Qeyd edək ki, 2020-ci ildə "Bavariya"nın qapıçısı Manuel Noyer ən yaxşı oyunçu adına sahib çıxıb.