Bakı 21˚C Sunny

Ötən rüb Azərbaycanda neft hasilatı 6%, qaz hasilatı 39 %-dək artıb

Biznes 19:22 14 okt, 2021

1,3 milyard kubmetrdən artıq qaz hasil edilib

Ötən rüb Azərbaycanda neft hasilatı 6%, qaz hasilatı 39 %-dək artıb

Bu ilin üçüncü rübündə ölkə üzrə 8,7 milyon tona yaxın neft, 11,3 milyard kubmetrdən artıq qaz hasil edilib.

Qazet.az-ın  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatına istinadən verdiyi məlumata görə, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6 %, qaz hasilatında isə 38,6 % artımın qeydə alınması deməkdir.

Neft hasilatının artımı əsasən OPEC+ razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub.