Bakı 23˚C Partly sunny

Ötən rüb SOCAR 4,5 milyon ton neft ixrac edib

Biznes 19:24 14 okt, 2021

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% yüksək nəticədir

Ötən rüb SOCAR 4,5 milyon ton neft ixrac edib

Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 4,5 milyon ton neft ixrac edilib.

Qazet.az-ın SOCAR-ın üçüncü rüb üzrə hesabatına istinadən verdiyi məlumata örə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% yüksək nəticədir.

Qeyd edək ki, şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir.

Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri daha çox - 48% artırılaraq, 4,4 milyard kubmetr təşkil edib. Hesabat dövründə ölkə daxilində 2,4 milyard kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.