Bakı 13˚C Mostly sunny

Overçuk Irəvanda kommunikasiyaların açılmasından danışdı

Gündəm 23:26 05 noy, 2021

“Bu gün yolların real vəziyyəti haqqında gözəl təsəvvürümüz var” 

Overçuk Irəvanda kommunikasiyaların açılmasından danışdı

Ermənistan və Azərbaycan tərəfindən bütün regional kommunikasiyaların blokadadan çıxarılmasından sonra yaradılan yollar keçdikləri ölkənin yurisdiksiyasında olacaq.

“Qazet.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

"Bu gün yolların real vəziyyəti haqqında gözəl təsəvvürümüz var. Bu məlumatlara əsasən, biz konkret həllər tapa biləcəyimizi düşünürük. Onlar yolların keçdikləri ölkələrin yurisdiksiyasında olacağına əsaslanır”, - deyə Overçuk bildirib.