Bakı 6˚C Dreary

Övladını satmaq istəyən şəxs həbs edildi

Hadisə 11:15 14 dek, 2021

Məhkəmənin qərarı ilə 10 il həbsə məhkum olundu

Övladını satmaq istəyən şəxs həbs edildi

İraqın paytaxtı Bağdad şəhərində ata üç yaşlı oğlunu 30 min dollara satmaq istəyib.

Qazet.az  ərəb mediasına istinadən xəbər verir ki, hadisənin qarşısı İraq polisi tərəfindən anında alınıb. Belə ki, ata dostlarından biri ilə əlaqə saxlayıb və üç yaşlı oğlunu övladlığa götürmək müqabilində 30 min dollar istəyib. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən cinayət yerində saxlanılıb.

Əl-Rəsəfa məhkəməsində cinayətkara hökm oxunub və o, on il müddətinə azadlıqdan məhrum edilib.