Bakı 12˚C Partly sunny w/ showers

"Qarabağ"ın oyunçusu yeni komandasına nə vaxt qoşulur?

İdman 11:11 11 yan, 2023
"Qarabağ"ın oyunçusu yeni komandasına nə vaxt qoşulur?

Qarabağ”ın futbolçusu Kvabena Ovusu Macarıstan klubu “Ferentsvaroş”a bu ay keçmək istəyir.

Qazet.az xəbər verir ki, qanalı hücumçu bununla bağlı fikrini Azərbaycan klubuna bildirib.

26 yaşlı forvard “Ferentsvaroş”la mövsümün sonunda 2 illik müqavilə bağlamağa razılaşsa da, qış transfer dönəmində bu keçidin reallaşmasının tərəfdarıdır. Hazırda klublar arasında bu yöndə danışıqlar getdiyi bildirilib.

Qeyd edək ki, Kvabena Ovusunun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.