Oyundan çox razı qaldım - Byazi
İdman
23:59 16 noy, 2022
“Bugünkü oyundan çox razı qaldım”.
Qazet.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Moldovaya 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
"Çox yaxşı işlər gördük. Daha yaxşısını bacararıq. 90 dəqiqə mübarizəni dayandırmadıq. Buraxdığımız qola görə narahat oldum. Şahruddin oyunu ilə qol buraxmamağa layiq idi”, - o bildirib.
Baş məşqçi noyabrın 20-də Şimali Makedoniya ilə səfərdə keçiriləcək matçla bağlı da düşüncələrini bölüşüb: “Şimali Makedoniyanı yaxşı tanıyıram. Çox yaxşı komandadır. Albaniyada çalışarkən onlara rəqib olmuşam. Bu matçda da uğurlu nəticə üçün çalışacağıq”.