Bakı 26˚C Intermittent clouds

Özbəkistan Əfqanıstan ərazisindən atəşə tutuldu

Gündəm 11:40 06 iyl, 2022

Bu barədə “Sinxua” Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb

Özbəkistan Əfqanıstan ərazisindən atəşə tutuldu

Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən gələn beş döyüş raketi düşüb.

Qazet.az xəbər verir ki, bu barədə “Sinxua” Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. 

"Qonşu Əfqanıstan ərazisindən atılan 5 raket Özbəkistanın cənubunda sərhəddə yerləşən Termez şəhərinə düşüb", - məqalədə deyilir.

Dörd raket yaşayış sahəsinə, biri futbol meydançasına düşüb.

"Raketlərin heç biri partlamadı, ona görə də dörd şəxsi evə kiçik ziyan dəyməməkdən başqa heç bir itki və dağıntı olmadı", - KİV-də qeyd olunub.