Bakı 7˚C Sunny

Özbəkistan Prezidenti Qaraqalpaqda fövqəladə vəziyyət rejimi tətbiq edib

Gündəm 01:33 03 iyl, 2022

İyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib

Özbəkistan Prezidenti Qaraqalpaqda fövqəladə vəziyyət rejimi tətbiq edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Qazet.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Şerzod Əsədov teleqram kanalında bildirib.

“Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib”, - o qeyd edib.