Özbəkistan Prezidentinin andiçmə mərasimi keçiriləcək
Gündəm
18:38 04 noy, 2021
O, həmin tarixdən vəzifəsinin icrasına başlayacaq
Noyabrın 6-da Özbəkistanın ikinci müddətə prezidenti seçilən Şavkat Mirziyoyevin andiçmə mərasimi keçiriləcək.
Qazet.az TASS-a istinadən xəbər verir ki, o, həmin tarixdən vəzifəsinin icrasına başlayacaq.
İnaqurasiya Senatın yeni binasında baş tutacaq.
Qeyd edək ki, Ş.Mirziyoyev 80,12 faiz səslə seçkilərdə qalib gəlmişdi.