Özbəkistan prezidentinin Seula rəsmi səfəri baş tutacaq
Səfər dekabrın 16-da başlayacaq və üç gün davam edəcək

Nəzərdə tutulan səfər Şövkət Mirziyoyevin koreyalı həmkarının dəvəti ilə dekabrın 16-da olacaq.
Qazet.az xəbər verir ki, Özbəkistan prezidenti Şövkət Mirziyoyev Cənubi Koreya prezidenti Mun Çje İnin dəvəti ilə dekabrın 16-da üç günlük rəsmi səfərlə Cənubi Koreyaya gedəcək.
Cənubi Koreya prezidentinin mətbuat xidmətinin məlumatına görə, iki ölkə prezidenti dekabrın 17-də sammit görüşləri keçirəcəklər. İki ölkə arasında faydalı əməkdaşlıq və qarşılıqlı əlaqələrin genişləndirilmə imkanlarını müzakirə olunacaq.
Bu, Mirziyoyevin yenidən prezident seçildikdən sonra ikinci rəsmi səfəri olacaq.
Qeyd edək ki, Cənubi Koreya hazırda Özbəkistanın ən böyük investorlarından biridir. Bu ölkə Özbəkistan iqtisadiyyatına 10 milyard dollardan çox vəsait qoyub.