Bakı 16˚C Windy

"Özbəkistana minnətdarıq" - Nazir

Siyasət 09:33 19 okt, 2022
"Özbəkistana minnətdarıq" - Nazir

“Müstəqilliyimizə və suverenliyimizə davamlı dəstəyə görə qardaş Özbəkistan xalqına və hökumətinə minnətdarıq”.

Qazet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "tviter" hesabında özbəkistanlı həmkarı Vladimir Norova ölkəmizin Müstəqilliyin Bərpası ilə bağlı təbrik paylaşımına görə təşəkkür edərkən yazıb.

“Xoş arzularınız üçün təşəkkür edirəm əziz Vladimir Norov. Xalqlarımız arasında dostluq əbədi olsun!”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.