Özbəkistanda havanın temperaturu normadan 30 dərəcə aşağı düşəcək
Cəmiyyət
22:59 08 dek, 2022
Özbəkistanda havanın temperaturunun mənfi 24 dərəcəyə düşəcəyi gözlənilir.
Qazet.az xəbər verir ki, bu barədə Özbəkistanın Hidrometeorologiya Xidməti Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qış aylarında ölkə ərazisində havanın orta temperaturu 5 dərəcə isti olur.
Dekabrın 12-dək isə ölkədə havanın temperaturu mənfi 24 dərəcəyədək enməsi anomal hava şəraiti hesab edilir.
Bildirlib ki, ən aşağı temperatur ölkənin şimalında, Qaraqalpaqıstanda və Xarəzm vilayətində gözlənilir.