Özbəkistanda Trans-Əfqan dəhlizinin üçtərəfli görüşü keçirilib
Görüşə Özbəkistan ev sahibliyi edib

Özbəkistan, Əfqanıstan və Pakistandan olan nümayəndələr Daşkənddə bir araya gələrək Termez-Məzari-Şərif-Kabil-Pişavər dəmir yolunun tikintisini müzakirə ediblər.
Qazet.az xəbər verir ki, üçtərəfli (Özbəkistan, Əfqanıstan və Pakistan) və çoxtərəfli (Rusiya, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistan) iclaslar Termez-Məzari-Şərif-Kabil-Pişavər dəmir yolunun tikintisinə cavabdeh qurumların və nazirliklərin məsul şəxslərinin iştirakı ilə Daşkənddə keçirilib.
Tərəflər iclasda mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinin, beynəlxalq nəqliyyat və ticarət əlaqələri sahəsində regionlar arasında əməkdaşlığın inkişaf etdirilməsinin, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətindən danışıblar.
Görüşün sonunda tərəflər təklif olunan dəmir yolu xətlərinə ən qısa zamanda yerindəcə baxmaq, işçi qrupların mütəmadi görüşlərini keçirmək və texniki-iqtisadi əsaslandırmadan sonra diqqəti beynəlxalq maliyyə institutlarının planına cəlb etmək barədə razılığa gəliblər.