Özbəkistanla iqtisadi əlaqələrinin möhkəmləndirilməsi müzakirə olundu
Biznes
19:39 20 iyn, 2022
Mikayıl Cabbarov bildirib
Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələsi müzakirə olunub.
Qazet.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında qeyd edib.
"Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakovla ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı, investisiya və KOB sahəsində əməkdaşlığın inkişafı barədə faydalı müzakirələr apardıq", - məlumatda deyilir.