Özəl sektora investisiya qoyuluşu artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektorun investisiya qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 % artaraq 3 082 milyon manat təşkil edib.
Qazet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.
"Qeyri-neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrdə yüksək dinamika müşahidə olunur", - deyə o, qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 774,5 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 8,2 % çox vəsait yönəldilib.
Bu ilin yanvar-oktyabr aylarında #əsaskapital-a yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 11.774,5 mln. ₼ olub. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektor tərəfindən
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 21, 2022
1/2