Özünə məzar düzəldən adam hər gün bunu edir - FOTOLAR
Maraqlı
19:14 10 yan, 2023
Bursalı şəxs sağ ola-ola ölümü xatırlamaq üçün öz məzarını hazırladıb. Hər gün məzarı üstündə gülləri sulayan vətəndaş ən azı bir saat baş daşı ilə vaxt keçirir.
Qazet.az NTV-yə istinadən xəbər verir ki, həmin şəxs 67 yaşlı keçmiş futbolçu Ali Aytəkindir.
Məqsədinin hər kəsə ölümü xatırlatmaq olduğunu bildirən və göz yaşları içində “Ölüm var, ölüm var” deyən Ali Aytəkin bildirib: “Bir gün qəbiristanlığa gəldim və kimin varlı, kimin kasıb olduğunu başa düşmədim. Bir gün hamımız bu məzara girəcəyik. Torpağı yox, torpağın altını düşünmək lazımdır, mən öz qəbrimi tikmişəm ki, hamı ölümü düşünsün, hamıya örnək olsun''.
Qaynaq