"Özünü öldürmək haqqı var" - Baş nazirdən Saakaşvilinin aclıq aksiyasına reaksiya
Siyasət
19:57 29 okt, 2021
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Saakaşvilinin aclıq aksiyasından danışıb
"İnsanın öz həyatına son qoymaq haqqı var".
Qazet.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilinin aclıq aksiyasınını şərh edərkən deyib.
“Qanunda yazılıb ki, insanın intihar haqqı var. Əgər özünü öldürmək qərarı versə, o özünü öldürə bilər, əlbəttə ki, dövlət buna görə məsuliyyəti üzərinə götürməyəcək”, - deyə o, bildirib.