Bakı 9˚C Intermittent clouds

Özünüməşğulluq proqamlarına cəlb edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

Siyasət 16:43 17 sen, 2021

Dövlətin əsas diqqət və qayğısı əlillik alan şəxslərə yönəlib

Özünüməşğulluq proqamlarına cəlb edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

"Azərbaycan dövlətinin ən böyük diqqət və qayğısı məhz Vətən müharibəsində yaralanan, əlillik alan şəxslərə yönəlib".

Qazet.az-ın xəbərinə görə, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu tədbirlər silsilə şəkildə davam edəcək: "Bu günədək müharibədə iştirak etmiş 30 000-dən çox insana dövlət qurumları tərəfindən 37 000 xidmət göstərilib. Əlbəttə ki bu azdır, bu prosesin artımı mərhələlərlə icra ediləcək.Cənab Prezidentin müvafiq fərman və sərəncamı ilə yanvarın birindən şəhid ailələri və müharibə əlillərinə verilən təqaüdlər 2 dəfə artırıldı. Onlara verilən evlərin, mənzillərin sayı artırıldı".

Onun sözlərinə görə, bu il 3000 ev və mənzilin bu kateqoriyadan olan insanlara verilməsi nəzərdə tutulub: "5000-dən çox bu kateqoriyadan olan insan özünüməşğulluq və reabilitasiya mərkəzlərinə cəlb edilib. Ən müasir dördüncü nəsil protezlər bu insanlar üçün təchiz olunub. Bu günədək 183 ampulitasiyası olan insandan 141-i müasir protezlərlə təmin olunub. Qarşıdakı dövrlərdə də bu tədbirlər ardıcıl şəkildə icra olunacaq".