Bakı 31˚C Sunny

Pakistan Hindistanda keçiriləcək konfransdan imtina etdi

Gündəm 16:25 03 noy, 2021

Rəsmi İslamabad Əfqanıstanla bağlı Hindistanda keçiriləcək konfransdan imtina edib

Pakistan Hindistanda keçiriləcək konfransdan imtina etdi

Hindistan Əfqanıstanla bağlı təhülkəsizlik konfransına Pakistanı dəvət edib.

Qazet.az “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, Pakistanın milli təhlükəsizlik müşaviri Moid Yusif rəsmi İslamabadın Əfqanıstanla bağlı Hindistanda keçirilməsi nəzərdə tutulan konfransda iştirak etməyəcəyini bildirib. 

"Mən bu konfransa getməyəcəyəm, iğtişaşçılar sülh yaradan ola bilməzlər”, - deyə M. Yusif bildirib.

Moid Yusif Hindistan dövlətinin himayəsi altında terrorizmin və Kəşmirdə insan hüquqlarının pozulması qarşılığında dünyanın sükutunu təəssüflə qarşılayıb və əlavə edib ki, beynəlxalq ictimaiyyət gözlərini yumub və Yeni Dehli ilə lazım olan şəkildə dialoq aparmır.

Məlumata görə, Hindistan Əfqanıstandakı təhlükəsizlik məsələlərini müzakirə etmək üçün region ölkələrinin – Rusiya, Çin, Pakistan, İran, Tacikistan və Özbəkistanın milli təhlükəsizlik müşavirlərini konfransa dəvət edib.