Bakı 20˚C Mostly cloudy w/ showers

Pakistan İranla sərhəddə qoşun TOPLAYIR - Gərginlik artır

Gündəm 03:07 06 okt, 2021

İkinci əsas versiya olaraq, İranın Azərbaycanla dövlət sərhədində rəsmi Tehranın təşkil etdiyi hərbi təlimlər əsas göstərilir. 

Pakistan İranla sərhəddə qoşun TOPLAYIR - Gərginlik artır

İran-Pakistan sərhədində gərginlik müşaiyət olunur.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi İslamabad Pəncqur şəhərinə çoxsaylı ağır texnika və canlı qüvvə cəlb edib.

Yerli media iki ölkə sərhədindəki gərginliklə bağlı 2 versiya irəli sürür. Versiyalardan biri yaxınlarda İranla sərhəddə Pakistan postuna silahlı dəstənin hücumu ilə əlaqələndirilir. Hadisədə 1 pakistanlı hərbçi həlak olmuş, 1-i isə yaralanmışdı.

İkinci əsas versiya olaraq, İranın Azərbaycanla dövlət sərhədində rəsmi Tehranın təşkil etdiyi hərbi təlimlər əsas göstərilir. (modern.az)