Bakı 10˚C Windy

Pakistan səfiri Azərbaycana təşəkkür edib

Siyasət 01:22 28 avq, 2022
Pakistan səfiri Azərbaycana təşəkkür edib

Pakistanın ölkəmizdəki səfiri Bilal Haye İslam Respublikasındakı təbii fəlakətlə əlaqədar göstərəcəyi yardıma görə Azərbaycana təşəkkür edib.

Qazet.az xəbər verir ki, diplomat bu barədə tviter hesabında yazıb.

“Qardaş Azərbaycanın xeyirxah jesti yüksək qiymətləndirilir. Bu çətin zamanda Pakistan xalqının yanında olduğunuz üçün təşəkkür edirik”, - səfir yazıb.

Qeyd edək ki, Azərbaycan Pakistana 2 milyon dollar məbləğində yardım edəcək. Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.