Pakistan Ukraynaya hərbi yardım göndərəcək
Pakistan bu ay Polşa limanı vasitəsilə Ukraynaya hərbi sursat göndərməyi planlaşdırır.
Qazet.az xəbər verir ki, bu barədə "Economic Times" məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Pakistan gəmiçilik və broker şirkəti "Project Shipping" yanvarın ikinci yarısında Karaçi limanından Polşanın Qdansk limanına Ukrayna üçün nəzərdə tutulmuş 159 konteyner sursat göndərməyi planlaşdırır.
Məlumata görə, "BBC Vesuvius" adlı gəmi 155 mm-lik haubitsa mərmiləri, M82 kapsülləri və PDM partlayıcıları daşıyacaq. Bundan əvvəl, Pakistan Böyük Britaniyanın Ukraynaya silah ötürülməsində mühüm rol oynayıb.
Nəşr bildirir ki, yardımın müqabilində Pakistan Mi-17 helikopterlərini təkmilləşdirmək üçün Ukraynadan yardım ala bilər. "Economic Times"in daha əvvəl verdiyi məlumata görə, təyyarə mühərrikləri və sənaye dəniz qaz turbinləri istehsalı ilə məşğul olan bir Ukrayna firması Pakistan helikopterlərinin təkmilləşdirilməsinə kömək edir.