Pakistan və İran birgə hərbi işçi qrup yaradır
Gündəm
22:07 08 yan, 2023
İran və Pakistan birgə hərbi işçi qrup yaratmaq barədə razılaşıb.
Qazet.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Bagiri deyib.
Bagiri bildirib ki, telefon danışığı zamanı general-leytenant Şahir Şəmşadı Pakistan Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri təyin olunması münasibəti ilə təbrik edib. O əlavə edib ki, yüksək rütbəli komandirlərin görüşləri və təhsil, əməliyyat və təhlükəsizlik sahəsində fikir mübadiləsi iki dövlətin qarşılıqlı əlaqələrin genişləndirilməsində ciddiliyinə dəlalət edir.
General-leytenant Şahir Şəmşad deyib ki, birgə hərbi əməliyyat qrupunun yaradılması Pakistan ordusu üçün ən yüksək prioritetdir.