Pakistanda bazarda güclü partlayış: ölü və yaralılar var
Gündəm
01:35 19 dek, 2021
Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Pakistanın Bəlucistan əyalətində bazarda bombalı hücum təşkil edilib.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, park edilmiş motosikletə yerləşdirilən bomba partladılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Partlayışın təsiri nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib.