Bakı 7˚C Sunny

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1 030 nəfəri ötdü

Xəbərlər 00:20 29 avq, 2022
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1 030 nəfəri ötdü

Pakistanda bu yay yağan musson yağışları nəticəsində yaranan daşqınlar nəticəsində mindən çox insan, o cümlədən 300-dən çoxu uşaq həlak olub.

Qazet.az "Associated Press"ə istinadən xəbər verir ki, son məlumatlara görə, iyun ayından bəri daşqınlar nəticəsində azı 1 033 nəfər ölüb. Hazırda Xeyber-Paxtunxvada daşqınlar səbəbindən 330 mindən çox insan təxliyə edilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 3 000 km-ə yaxın yol və 129 körpü zədələnib, ciddi ziyan dəymiş ərazilərə giriş bağlanıb, 500 mindən çox mal-qara tələf olub.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, iyunun ortalarından İslam Respublikasında 2,3 milyon insan daşqınlardan zərər çəkib və 95 mindən çox ev dağılıb.

Pakistan hakimiyyəti beynəlxalq humanitar yardım istəyib.