Bakı 8˚C Dreary

Pakistanda hərbçilərin maşını partladıldı - 4 ölü, 2 yaralı

Gündəm 13:39 26 sen, 2021

Pakistanda hərbçilərin maşını partladılıb

Pakistanda hərbçilərin maşını partladıldı <span style="color:red">- 4 ölü, 2 yaralı</span>

Pakistanın Bəlucistan əyalətində terror aktı baş verib.

Qazet.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Məlumata görə, terrorçular Bəlucistanın Harnay bölgəsində hərbi maşını partladıblar. Nəticədə Pakistan ordusunun 4 hərbçisi şəhid olub, 2 hərbçi isə yaralanıb.

Terror hücumuna görə məsuliyyəti Bəlucistan Qurtuluş Ordusu (BLA) öz üzərinə götürüb.