Pakistanda “Omikron” ştamına ilk yoluxma aşkarlandı
Gündəm
19:10 09 dek, 2021
Bu hal Pakistanda ilk sayılır

Pakistanda “Omikron” ştamına ilk yoluxma halı qeydə alınıb.
Qazet.az bu barədə TASS-a istinadən xəbər verir.
Virus xaricdən gəlmiş xəstədə aşkarlanıb. O, xəstəxanaya yerləşdirilib.
Sind əyalətinin Səhiyyə departamenti Karaçidə xəstəxanaya yerləşdirilmiş xəstənin mümkün təmasda olduğu şəxsləri araşdırır.
Pakistan hökuməti indi yeni ştamın yayılması ilə əlaqədar Zimbabve, Namibiya, Mavriki, Mozambik Lesoto, Botsvana, Esvatini və CAR-dan gələn əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.