Bakı 25˚C Sunny

Pakistanda silahlı hücum nəticəsində 2 polis həlak oldu

Hadisə 04:36 07 yan, 2023
Pakistanda silahlı hücum nəticəsində 2 polis həlak oldu

Pakistanın Hayber Paxtunxva əyalətində silahlı şəxslərin hücumu nəticəsində 2 polis həlak olub.

Qazet.az xəbər verir ki, bu haqda Pakistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, motosikletli terrorçular Lakki Marvat bölgəsində polis əməkdaşlarına hücum ediblər.

2 polisin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti Pakistan Talibanının (TTP) üzvləri öz üzərinə götürüb.