Bakı -5˚C Cloudy

Pakistanda Talibanla atəşkəs əldə edildi

Gündəm 10:41 02 okt, 2021

Qruplaşmanın komandirlərindən Səddar Həyatın müavinlərinə Pakistan qüvvələrinə qarşı bütün əməliyyatları dayandırmağı əmr etdiyi qeyd olunub.

Pakistanda Talibanla atəşkəs əldə edildi

Pakistanda fəaliyyət göstərən Talibana bağlı Hafiz Gül Bahadır qruplaşması ilə ölkə ordusu arasında atəşkəs razılaşması əldə edilib.

Qazet.az xəbər verir ki, atəşkəs razılaşmasına əsasən, 20 gün müddətinə sabitliyə riayət ediləcək.

Bildirilib ki, Cənubi Vəziristanda atəşkəs oktyabrın 20-dək davam edəcək.

Qruplaşmanın komandirlərindən Səddar Həyatın müavinlərinə Pakistan qüvvələrinə qarşı bütün əməliyyatları dayandırmağı əmr etdiyi qeyd olunub.

tass