Bakı 10˚C Intermittent clouds

Pakistanda terror aktı - 10 hərbçi yaralandı

Gündəm 12:10 05 iyl, 2022

Ölkənin Müdafiə Nazirliyi məlumat yayıb

Pakistanda terror aktı - 10 hərbçi yaralandı

Pakistanın Şimali Vəziristan əyalətində terror aktı olub.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kamikadze bombanı xüsusi təyinatlı hərbçilərin olduğu kortej yaxınlığında partladıb. Hadisə nəticəsində ən azı 10 əsgər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd edək ki, Şimali və Cənubi Vəziristandakı radikal qruplar Vəziristan İslam Dövləti adlanan təşkilatın yaradılmasına can atır.

Xatırladaq ki, Vəziristan Əfqanıstanla sərhəddə Pakistanın qəbilə bölgəsində yerləşir. Müxtəlif terror təşkilatlarının fəaliyyəti səbəbindən bura ölkənin təhlükəli nöqtələrindən biri hesab olunur.