Bakı 14˚C Sunny

Pakistanın baş naziri Azərbaycana təşəkkür etdi

Gündəm 23:28 11 yan, 2023
Pakistanın baş naziri Azərbaycana təşəkkür etdi

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana təşəkkür edib.

Qazet.az xəbər verir ki, bu barədə baş nazir Tvitter hesabında yazıb.

“Azərbaycanın Pakistandakı daşqın qurbanlarına davamlı dəstəyi üçün Prezident İlham Əliyevə minnətdaram. Bu cür mehriban jestlər seldən zərər çəkmiş insanların mənəviyyatını yüksəltməklə yanaşı, həm də ümumi insanlığa olan inamımızı bərpa edir”, - baş nazir bildirib.