Pakistanın şimal-qərbində ekstremistlərin hücumu nəticəsində üç polis ölüb
Gündəm
12:21 04 dek, 2022
![Pakistanın şimal-qərbində ekstremistlərin hücumu nəticəsində üç polis ölüb](https://qazet.az/resized/fit900x500/center/pages/128583/401782f1-5c18-31d1-a3b9-6ee16e950508-850.jpg)
Pakistanın Xebər Paxtunxva əyalətində ekstremistlərin polis furqonuna silahlı hücumu nəticəsində azı 3 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
Qazet.az xəbər verir ki, bu barədə “Dawn qəzeti” məlumat yayıb.
Polis sözçüsü nəşrə bildirib ki, hücum nəticəsində üç polis əməkdaşı ölüb.
O qeyd edib ki, əməliyyat-axtarış tədbirlərinə başlanılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.
Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” (Pakistan Taliban Hərəkatı) öz üzərinə götürüb.