Pambıq lifi ixracı azalıb
Biznes
18:00 26 dek, 2022

Cari ilin on bir ayında 70,8 min ton pambıq lifi, 7984 ton pambıq ipliyi ixrac edilib.
Qazet.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 163 milyon ABŞ dolları, pambıq ipliyinin dəyəri isə 31,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2021-ci ilin yanvar-noyabr aylarında dəyəri 190,3 milyon dollar olmaqla 117,2 min ton pambıq lifi, məbləği 51,4 milyon dollar olmaqla 16,8 min ton pambıq ipliyi ixrac edilib.