Pandemiya bu halda bitəcək - Həkim AÇIQLADI
Cəmiyyət
13:34 05 dek, 2021
"Omikron" indiyədək olan variantlardan daha sürətli yayılma xüsusiyyətinə malikdir
İnfeksion xəstəliklərdə təməl qanunlardan biri: Virusun yayılma gücü nə qədər çox olarsa, öldürücülük qabiliyyəti zəifləyir. Məlumatlara görə, "omikron" indiyədək olan variantlardan daha sürətli yayılma xüsusiyyətinə malikdir.
Qazet.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkimin sözlərinə görə, Cənubi Afrikada yaranan bu ştamın öldürücülüyü aşağı olacaq:
"Əgər qrip kimi yüngül keçsə və yayılma sürətinə görə "delta"nı üstələsə, sanki insanları özü vaksinasiya edəcək. Pandemiya isə bitmiş sayılacaq".