Bakı 9˚C Partly sunny

Pandemiyanın Almaniyaya vurduğu şok ziyan

Gündəm 05:10 24 yan, 2022

Bildirilib ki, güclü iqtisadi artım nəticəsində yaxın bir neçə ildə zərərləri mərhələli şəkildə aradan qaldırmaq mümkün görünür.

Pandemiyanın Almaniyaya vurduğu şok ziyan

Pandemiya son iki ildə Almaniya iqtisadiyyatına olduqca böyük miqdarda zərər verib.

Qazet.az xəbər verir ki, bu barədə Almaniyanın Köln İqtisadiyyat Universitetinin araşdırmasında deyilir.

Bildirilib ki, bu müddət ərzində dəyən zərərin miqdarı nə az, nə çox - düz 350 milyard avrodur.

İtkilərin miqdarı əsasən qapanmalardan dolayı azalan şəxsi istehlakla əlaqədardır.

Baxmayaraq ki, Almaniya ÜDM-si 2022-ci ilin sonunda pandemiyadan əvvəlki səviyyə qayıda bilər, yenə də bu halda məhsuldarlıqda müəyyən “boşluqlar” qalmaqda davam edəcək.

Bildirilib ki, güclü iqtisadi artım nəticəsində yaxın bir neçə ildə zərərləri mərhələli şəkildə aradan qaldırmaq mümkün görünür.