Bakı -2˚C Dreary

Papanın üç mühafizəçisi peyvəndə görə İSTEFA VERDİ

Gündəm 14:55 04 okt, 2021

Bu, dünyanın digər ordu korpuslarında görülən tədbirlərə uyğundur

Papanın üç mühafizəçisi peyvəndə görə <span style="color:red">İSTEFA VERDİ</span>

Roma Papasının 3 isveçrəli elit mühafizəçisi koronavirusa qarşı peyvənd olunmaqdan imtina edərək vəzifələrindən istefa verib.

Qazet.az “Tribune de Geneve” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Vatikan Mühafizəsinin rəsmi nümayəndəsi leytenant Urs Braytenmozer təsdiqləyib.

İstefanın könüllü olduğunu deyən Braytenmozer əlavə edib ki, bu, dünyanın digər ordu korpuslarında görülən tədbirlərə uyğundur.