Papua Yeni Qvineyada zəlzələ olub, ölən və xəsarət alanlar var
Xəbərlər
11:39 11 sen, 2022
Papua Yeni Qvineyanın ucqar hissəsində zəlzələ olub.
Qazet.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.
Yeraltı təkanların maqnitudasının 7,6 bal olduğu bildirilir.
Təbii fəlakət nəticəsində azı üç nəfər ölüb. Həmçinin xəsarət alanların olduğu deyilir.
Qızıl mədəni Vau şəhərində dağıntılar var.