Bakı 7˚C Mostly sunny

Paris meri Fransa prezidentliyinə namizədliyini elan edib

Gündəm 15:16 12 sen, 2021

Bu barədə "Beynəlxalq Fransız Radiosu" məlumat yayıb

Paris meri Fransa prezidentliyinə namizədliyini elan edib

Paris meri 62 yaşlı Ann İdalqo Fransa prezidentliyinə namizəd olmaq istədiyini açıqlayıb.

Qazet.az xəbər verir ki, bu barədə "Beynəlxalq Fransız Radiosu" məlumat yayıb.

İdalqo prezidentlik yarışının əsas favoriti sayılmasa da, seçkilərin nəticəsinə əhəmiyyətli təsir göstərə bilər.

Qeyd edək ki, İdalqo 2014-cü ildən Parisin meridir.

Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. Ölkə prezidenti 5 il müddətinə seçilir.