Parisdə silahlı şəxs qadınları girov götürdü
Gündəm
05:11 21 dek, 2021
Hadisə yerinə polis gəlib və ərazi mühasirəyə alınıb.

Parisdə silahlı şəxs qadınları girov götürüb.
“Qazet.az” xəbər verir ki, həmin şəxs ədliyyə naziri Erik Dyupon-Moretti ilə danışmağı tələb edib. Onun iki qadını saxladığı bildirilir.
Məlumata görə, insident mağazada baş verib və qadınları girov götürən şəxsin psixi problemləri var.
Hadisə yerinə polis gəlib və ərazi mühasirəyə alınıb.
tass