Parkda gecələyən fotoqraf oyandıqda gördü ki... FOTO
Maraqlı
09:27 14 iyl, 2022
Fotoqraf başına gələnləri danışıb
Afrikada vəhşi təbiəti kameranın yaddaşına köçürən fotoqraf maraqlı, həm də riskli hadisə ilə üzləşib.
Qazet.az xəbər verir ki, milli parklardan birində yuxulayan fotoqraf Dolph C. Volker nəyinsə ona toxunduğunu hiss edərək oyanıb.
Fotoqraf görüb ki, bir bəbir onun yanında uzanıb və başını ona söykəyib. Fotoqraf bu anları telefonun yaddaşına köçürüb və bundan sonra bəbirlə dostlaşıb.
“Çitaların bu qədər xüsusi olduğunu bilmirdim. Mən onlara aşiq olmuşam. Bu, həqiqətən köməyə, dəstəyə və qorunmağa layiq olan inanılmaz bir növdür,” Volker deyib.