Parlament diplomatiyası iki qardaş ölkə arasındakı əlaqələri gücləndirəcək
Siyasət
17:55 14 noy, 2022
Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Milli Məclisdə Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasını alqışlayır.
Bu barədə Qazet.az-a səfirlikdən məlumat verilib.
Bildirilib ki, səfirlik parlament diplomatiyasının iki qardaş ölkə arasındakı əlaqələri gücləndirə biləcəyinə inanır.
Səfirlik xatırladır ki, 2022-ci ilin iyunundan bəri Əlcəzair Milli Xalq Məclisində Əlcəzair-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.