Bakı 15˚C Sunny

Parlamentdə icbari tibbi sığorta sahəsində olan problemlərlə bağlı dinləmə keçiriləcək

Gündəm 14:46 15 okt, 2021

Bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanunverici orqanın bu gün keçirilən plenar iclasında deyib

Parlamentdə icbari tibbi sığorta sahəsində olan problemlərlə bağlı dinləmə keçiriləcək

“Milli Məclisdə icbari tibbi sığorta sahəsində olan problemlərlə bağlı dinləmə keçiriləcək”.

Qazet.az-ın xəbərinə görə, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanunverici orqanın bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi ilə birlikdə parlamentdə dinləmə keçiriləcək: “Orada xidmətlər zərfinə daxil olan məsələlər və onların qiymətləri də müzakirə ediləcək”.