Bakı 29˚C Sunny

Parlamentdə yeni qanunla bağlı dinləmə təşkil olunub

Siyasət 13:20 04 noy, 2022
Parlamentdə yeni qanunla bağlı dinləmə təşkil olunub

Noyabrın 4-də Milli Məclisin tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə təşkil olunub.

Qazet.az xəbər verir ki, dinləmədə Milli Məclis sədrinin müavinləri, parlamentdə təmsil olunan partiyaların nümayəndələri, deputatlar və QHT rəhbərləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən bu sahədə aparılan tədqiqatların nəticələri açıqlanıb.

Sonra çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, parlament sədrinin müavini Fəzail İbrahimli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlu və digərlər qanun layihəsi ilə bağlı fikirlərini bildirib, rəy və təkliflərini irəli sürüblər.

Qeyd olunub ki, müzakirələrin əsas məqsədi qanun layihəsinin təkmilləşdirilməsidir.

Tədbir digər çıxışlarla davam edib.