Partiya sədri Saakaşviliyə görə aclıq elan etdi
Gündəm
10:20 04 noy, 2021
“Həkimlər Saakaşvilinin həyati təhlükəsi olmadığını bəyan etdikdə, aclığı dayandıracağam”.
Gürcüstanın müxalif partiyası “Droa”nın (Vaxt gəldi) rəhbəri Elene Xoştariya eks-prezident Mixail Saakaşvili ilə həmrəylik nümayiş etdirərək aclıq aksiyasına başlayıb.
Qazet.az xəbər verir ki, bu barədə partiya lideri jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Saakaşvili mülki xəstəxanaya yerləşdirilməyənə kimi aclığı davam etdirəcək:
“Həkimlər Saakaşvilinin həyati təhlükəsi olmadığını bəyan etdikdə, aclığı dayandıracağam”.
Qeyd edək ki, Rustavi türməsində saxlanılan Saakaşvili artıq 34-cü gündür ki, aclığı davam etdirir.