Bakı 20˚C Sunny

Partiya sədrləri Şuşadadır

Gündəm 16:56 07 okt, 2021

Onları Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir

Partiya sədrləri Şuşadadır

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin Şuşa şəhərinə səfəri başlayıb.

Qazet.az-ın xəbərinə görə, onları Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.

Səfərdə ölkənin əksər siyasi partiyalarının sədrləri və rəsmiləri iştirak edirlər.

Onlar Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcəklər.

Xatırladaq ki, səfər çərçivəsində Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri ziyarət ediləcək.