Partiya üzvü Binəli Yıldırım barədə danışdı
“Binəlı Yıldırım tibbi yardım təyyarəsi ilə Türkiyəyə qayıdacaq”.
Qazet.az xəbər verir ki, bunu AK parti sözçüsü Ömər Çəlik "tviter"də yazıb.
“Keçmiş olsun arzularını çatdıran hər kəsə təşəkkür edirəm. AK parti sədrinin müavini Binəlı Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin durumları yaxşıdır”, - o bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb. Onlar Mərkəzi Klinikaya yerləşdiriliblər.
Geçmiş olsun dileklerini ileten herkese çok teşekkür ediyoruz.
— Ömer Çelik (@omerrcelik) October 21, 2022
Genel Başkan Vekilimiz Sn Binali Yıldırım’ın, İstanbul milletvekilimiz Sn Şamil Ayrım’ın ve koruma arkadaşımız Oğuzhan’ın sağlık durumları şükür iyi. Ambulans uçakla Türkiye’ye döneceğiz.