Bakı 7˚C Sunny

Partiyaların maliyyə fəaliyyətinə bu qurum nəzarət edəcək

Siyasət 16:27 07 sen, 2022
Partiyaların maliyyə fəaliyyətinə bu qurum nəzarət edəcək

Siyasi partiyanın maliyyə fəaliyyətinə nəzarət edəcək qurumlar müəyyənləşir.

Qazet.az-ın xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd edilib ki, siyasi partiya tərəfindən dövlət maliyyə yardımının xərclənməsinə nəzarət Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən həyata keçiriləcək.

Siyasi partiyanın digər maliyyə fəaliyyətinə nəzarət Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək.