Bakı 7˚C Intermittent clouds

Partlayışa təxribat səbəb olub - İsveç sübutlar tapdı

Gündəm 16:49 18 noy, 2022
Partlayışa təxribat səbəb olub - İsveç sübutlar tapdı

“Şimal axını” boru xəttlərindəki partlayışlar təxribat nəticəsində olub.

Qazet.az xəbər verir ki, bu barədə İsveçin rəsmi dairələri araşdırmaların nəticəsinə əsasən belə məlumat yayıb. Bildirilir ki, partlayışa səbəb olan qurğunun qalıqları tapılıb. Açıqlamaya əsasən partlayış nəticəsində boru xəttində ciddi zədə olub. Araşdırmalar davam edir.

Qeyd edək ki, “Şimal Axını 1” və “Şimal Axını 2” təbii qaz boru xəttlərində sızma baş vermişdi. Hadisəyə görə ABŞ və Rusiya tərəfi bir-birilərini ittiham edir.