Paşinyan : "Bakı sülhməramlıları gözdən salmağa çalışır"
"Biz Rusiya sülhməramlılarının əməyini yüksək qiymətləndiririk"
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətini məqbul hesab edib.
"Biz Rusiya sülhməramlılarının əməyini yüksək qiymətləndiririk" deyə o, bazar günü Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
Qazet.az xəbər verir ki, bu barədə məlumat Tass agentliyi yayıb.
Paşinyan həmçinin bildirib ki, sülhməramlıların “Dağlıq Qarabağ”da təhlükəsizliyin təmin edilməsində rolu müstəsnadır və nəzərə alınmalıdır. Ermənistan baş nazirinin sözlərinə görə, Rusiya sülhməramlılarının regionda yerləşdirilməsi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin icrası baxımından ən mühüm və tam müddəalardan biridir.
“Birinci məqam atəşi və hərbi əməliyyatları dayandırmaqdır. Mən Rusiyanın rolunu və Rusiya Prezidenti Vladimir Putinin müharibənin dayandırılmasında köməyini yüksək qiymətləndirirəm. ”9 noyabr bəyannaməsi"nin ən mühüm və dolğun müddəalarından biri Rusiya sülhməramlılarının Dağlıq Qarabağda və Laçın dəhlizində yerləşdirilməsi idi".
Paşinyan həmçinin Bakını Rusiya sülhməramlılarının fəaliyyətini gözdən salmaqda ittiham edib. O bildirib ki: “Atəşkəs rejiminin pozulması, 2020-ci il noyabrın 9-dan sonra Qarabağ bölgəsində erməni əsgərlərin həlak olması Azərbaycanın rus sülhməramlılarının fəaliyyətini gözdən salmaq siyasətinə işarə edir".